Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi - FOTO

2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoymuşlar.

Trend-in məlumatına görə, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn edilmişlər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilmiş və baş sağ­lığı verilmişdir.