Əli Məsimli: “Manatın manevr imkanları artacaq” AÇIQLAMA

"2008-ci ilin qlobal maliyyə böhranı yaranan zamanda Azərbaycanın bank sistemində manevr etmə imkanlarından maksimum istifadə olunurdu. Post – sovet məkanında Azərbaycan manatı daha dayanıqlı formada az itki ilə həmin böhrandan çıxa bildi”. Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, hazırda da Azərbaycan bu proseslərdən az itki ilə çıxa biləcək. Lakin əvvəlki illərdən fərqi bu dəfə avro ilə də qurulan münasibətlərdir: "Hazırda da Azərbaycan manatının indiki proseslərdən də az itki ilə çıxma ehtimalı var. Sadəcə olaraq həmin siyasət təkrar olunur. Əvvəllər əgər manat 100 faiz dollara bağlı idisə, indi isə 70 faiz dollara bağlı olacaq. Yerdə qalan faizi isə avroya bağlı olacaq və bu manevr etmə imkanlarını artıraracaq. Xeyli dərəcədə hər ay intervensiya xərclərini aşağı salacaq”.
Əli Məsimli həmçinin vurğuladı ki, inflyasiya yaratmaqla neftdən kənar sahələrin inkişafına nail olmaq olar. Lakin inflyasiyanı cilovlamaq da lazımdır: "Müəyyən dərəcədə inflyasiya yaratmaqla qeyri – neft sektorunun fəallığına gətirib çıxaracaq və neftdən kənar sahələr yaxşı təşkil olunsa eksport imkanlarını da genişləndirə bilər. Müəyyən dərəcədə inflasiyanı cilovlamaq lazımdır ki, əhalinin güzəranına mənfi təsir göstərməsin”.