"Azərbaycanda qadınların sosial və ictimai həyatda bərabər və balanslı iştirakı dövlət  siyasətinin prioritetlərindəndir"

Azərbaycanda qadınların sosial və ictimai həyatda bərabər və balanslı iştirakı dövlət  siyasətinin prioritetlərindəndir.  Bu sözləri Böyük Britaniyanın Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib. 
Deputat deyib ki,  Azərbaycanda qadınların, o cümlədən qadın jurnalistlərin cəmiyyətimizin ayrılmaz hissəsi kimi öz potensiallarını tam şəkildə üzə çıxarmaları üçün əlverişli şəraitin yaradılması məsələsinə yüksək qiymət verilir: "Azərbaycan dövləti Qadın Hüquqları və Gender Bərabərliyi haqqında Beynəlxalq Konvensiyaları ratifikasiya edən və gender bərabərsizliyinin və qadınlara qarşı hər cür zorakılığın aradan qaldırılması ilə bağlı qanunlar qəbul edən müsəlman əhalisinin üstünlük təşkil etdiyi ilk bir neçə ölkədən biridir. Son üç onillikdə Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə etmişdir. Hazırda gender bərabərliyi, qadınların sosial və ictimai həyatda bərabər və balanslı iştirakı dövlət  siyasətinin prioritetləri sırasındadır".
Deputat bildirib ki,  Azərbaycan dövləti  xüsusən də media səhəsində qadınların  cəmiyyətimizin ayrılmaz hissəsi kimi öz potensialını tam şəkildə üzə çıxarması üçün əlverişli mühitin təmin edilməsi sahəsində geniş təcrübəyə malikdir: "Əminə xanım onu da qeyd edib ki,  ATƏT Nazirlər Şurasının 2018-ci ildə Milanda keçirilən iclasında jurnalistlərin təhlükəsizliyi ilə bağlı qəbul etdiyi qərarda qeyd olunur ki, iştirakçı dövlətlər qadın jurnalistlərə qarşı, onların peşələri ilə bağlı, xüssusən də rəqəmsal texnologiyalar üzərindən rastlaşdıqları cinsi təhdid, hədə-qorxu, zorakılıq kimi ictimai hücumları pislənməlidir. Biz medianın sülh və təhlükəsizliyin möhkəmləndirilməsində, xüsusilə də ATƏT regionunda qarşılıqlı anlaşma, dözümlülük və ayrı-seçkiliyin qarşısını almaq və təşviq etməklə daha fəal rol oynaya biləcəyini və istiqamətdə daha aktiv rol oynamalı olduğunu düşünürük”.