Ərdoğan: “Neft hasilatımızı gündəlik 100 min barelə çatdırmağı planlaşdırırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnnovasiya Həftəsi “İnovalig Şampiyonları Ödül Töreni”ndə müəyyən iqtisadi yeniliklərlə bağlı açıqlamalar verib.

O bildirib ki, son zamanlar neftlə bağlı Türkiyənin müxtəlif vilayətlərindən yaxşı xəbərlər gəlməkdədir.

“Qara dəniz qazının milli sistemə daxil edilməsi üçün səylər davam edir. Gələn il yerli neft hasilatımızı gündəlik 100 min barelə çatdırmağı planlaşdırırıq.

Türkiyənin ilk yerli və milli avtomobili “Togg” ilə millətimizin 60 illik arzusu gerçəkləşəcək”, - deyə Türkiyə lideri qeyd edib.