Ərdoğandan seçki ehyamı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn seçkilərlə bağlı açıqlama verib. Türkiyə lideri 15 seçkidə lider olduqları üçün Türkiyə xalqına minnətdarlıq edib və sözlərinə belə davam edib: "Ümid edirəm ki, 2023-cü ildə xalqımızın dəstəyindən son dəfə bizim adımızdan alacağımız güclə türk əsrinin inşasına başlayacağıq. Bu müqəddəs bayrağı gənclərimizə təhvil verəcəyik", - Ərdoğan bildirib. Onun fikrincə, bu qədər il ölkəni idarə edən şəxsin nöqsanları, səhvləri ola bilər.