"Erkin Qədirlinin fikirləri bəzi qrupların ictimai rəyinə hesablanıb"

Deputat həmkarım Erkin Qədirlinin sosial şəbəkələrdə yayılmış fikirləri dərin təəssüf doğurur. İxtisasca hüquqşünas olan bir şəxsin belə gerçək hüquqi faktları görməzdən gələrək uğursuz mövqe göstərməsi heç cür başadüşülən deyil. Əvvala, onu qeyd edim ki, Milli Məclis tam legetim, fəaliyyəti müasir siyasi tələblər üzərində qurulan və ən əsası xalqın iradəsini nümayiş etdirən mötəbər bir qurumdur. Burada təmsil olunan deputatlar ölkəmizin ictimai-siyasi həyatında yüksək nüfuza malik, xalqın iradəsini əks etdirən tam demokratik və şəffaf şəkildə seçici səsi ilə mandat qazanmış şəxslərdir.

Bu səbəbdən Erkin Qədirlinin məlum fikirləri pafos olaraq bəzi qrupların ictimai rəyinə hesablanıb. Həm də belə bir mövqe onda birinci dəfə deyil. Səhv etmirəmsə, əvvəlki müsahibələrinin birində də hörmətli həmkarım ölkə parlamenti haqqında həqiqətən uzaq, xoşagəlməz fikirlər səsləndirmişdi. Sadəcə, bu ictimai rəydə özünün demokrat obrazını yaratmaq təşəbbüsündən başqa bir şey deyil. Əgər Erkin Qədirli müsahibələrində davamlı şəkildə mövcud həqiqətləri danırsa və ölkənin ali qanunverici orqanının legitim əsaslarını şübhə altına alırsa, müxalif fikirləri yayılırsa, bu, ölkədə demokratik, sağlam mühitin varlığının və bu mühitdən geniş sui-istifadə hallarının olmasının sübutudur. Əgər Azərbaycan parlamenti legitim deyilsə, o zaman həmkarım orda müxalif bir partiyanı necə təmsil edə bilər? Erkin Qədirlinin “Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur” fikri qəbuledilməzdir və sözün bütün mənasında reallıqdan uzaqdır.. Hesab edirəm ki, hörmətli deputat həmkarım Erkin Qədirli təcrübəli hüquqşunas kimi münasib olmayan hava şəraitində ölkə gənclərinin təbii resurslarının talanmasına etiraz əlaməti olaraq keçirdiyi aksiyalara, Avropanın qərəzli, ikili yananaşmasına, beynəlxalq hüququn pozulmuş normalarına münasibət bildirsəydi, bu istiqamətdə fəalliyət aparsaydı, bizim olan, bizim olduğu üçün sevindiyimiz və sevdiyimiz ölkəmiz üçün faydalı, daha uğurlu olardı. Uğurlu olmayan və bəsit görünən cənab Qədirlinin sosial şəbəkə fəaliyyətidir ki, bu da yaraşan bir hal deyil. Bir az diqqətli olmaq lazım.

Rəşad Mahmudov

Milli Məclisin deputatı