FHN İctimai Şurası ilə nazirlik arasında növbəti iclas

28 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

İclasın keçirilməsində əsas məqsəd Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, o cümlədən yay mövsümü ilə əlaqədar attraksionlarda təhlükəsizliyə nəzarət məsələləri və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.