Pərvin keçmiş sevgilisinin 40 minlik hədiyyəsindən danışdı - VİDEO

"Keçmiş sevgilimdən 40 min manatlıq hədiyyə almışam”.

Oxu.Azxəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva aparıcı və prodüser Tarix Əliyevin "Youtube”da yayımlanan "Səmimi” layihəsində deyib. Pərvin hədiyyələrisatmağı sevmədiyini bildirib:

"Bu hədiyyəni satmamışam. Hələ də yaşayır (gülür). Əşyalarımı satmağı sevmirəm. Hətta rəfiqəm belə geyindiyim libası məndən ona satmağı xahiş etsə, satmaram. Əgər bir əşya mənə dəyərlidirsə, onu heç zaman satmaram. Yalnız ehtiyacım yarandığı zaman əşyamı sataram”.

Söhbət zamanı cazibədar aktrisa imkansız xanımlara geyimlərini bağışladığı söyləyib:

"Sosial media hesabımda imkanı olmayan xanımlar məndən paltarlarımı onlara hədiyyə etməyimi istəyirlər. Anam şahiddir ki, hər mövsüm ehtiyacı olanlara iki-üç çamadangeyim göndərirəm”.

Sosial mediada tənqid bir yana, təhqirlərlə üzləşən sənətçi izləyicilərə səslənib, bu çirkin əməllərdən əl çəkmələrini istəyib:

"Məni söyən insanları polisə də vermişəm, şəxsən özüm də görüşüb, məsələni həll etmişəm. Xarakterimə heç kim bələd deyil. Həyatda ən nifrət etdiyim məsələ babal yumaqdır. Heç zaman qarğış, paxıllıq və təhqir etməyin”.