Sabirabadda intihar edən gəncin son sözləri - YENİLƏNİB

Sabirabadda intihar edən 31 yaşlı Rauf Əsədov hadisədən əvvəl son sözlərini yazıb.

O, fikirlərini "Facebook” hesabında bölüşüb:

"Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Elə bilməyin ki, bir anda hər şeydən imtina edib getmək asandır. Yox, çox çətindir.


Heç kim sənin nələr yaşadığını, nə dərdinin olduğunu, içində nələr çəkdiyini, nələrlə mübarizə apardığını, hətta necə bir insan olduğunu bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər.

Həyatda "Bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Səni ayaq tozuna layiq olmayanlara dəyişdim, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə deyirəm ki, məni əsla qınamayın və pis olmayın!

Sən mənim həyatımsan, oğlum!
Olduğun yer nəfəsdir mənə
Sən qolum-qanadımsan, oğlum!
Varlığın belə yaşamağa bəsdir mənə.

Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil.

Əlvida!”

09:45

Sabirabadda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.

Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən bir həftə əvvəl işdən çıxıb.