Putin İlham Əliyevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sabahinfo.az prezidentin saytına istinadən xəbər verir ki, Vladimir Putin İlham Əliyevi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Prezidenti İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiblər.