AMB banklardan 50 milyon manat cəlb etmək niyyətindədir

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 19-da 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Sabahinfo.Az-ın AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac "Bloomberg" ticarət platformasına keçiriləcək.

Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.

Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür