AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 20-24 iyun Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.

sabahinfo.az  AŞPA-nın saytına istinadən xəbər verir ki, sessiyada Estoniyanın və Yunanıstanın  baş nazirləri Taavi Röivas və Aleksis Siprasın çıxışları olacaq.

İclasın gündəliyinə Türkiyədə demokratik institutların fəaliyyəti, Yunanıstanda qaçqın riski, Avropa qurumlarında şəffaflıq və açıqlıq, gender bərabərliyinin təşviqi və digər mövzular müzakirə olunacaq.

Sessiyanın ik günü həmçinin Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkiləri keçiriləcək, uşaq zorakılığı, miqrant məsələləri ilə bağlı müzakirələr aparılacaq.