Azərbaycan Beynəlxalq Bankına yeni baş direktor təyin edildi

Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni baş direktor təyin edilib.

sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, daha öncə bu vəzifədə Abbas Nəsibov olub.

Hazırda ABB-də 3 baş direktor var - Vasif Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.

ABB Azərbaycanın maliyyə bazarında 1992-ci ilin yanvarından fəaliyyət göstərir.