Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumunda iştirak edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Qətərdə səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, nazir Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak edəcək.

Forum çərçivəsində E.Məmmədyarovun "Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.