Ermənilər işğal altındakı torpaqlarımızda təlim keçir

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlər keçir.

sabahinfo.az APA-ya istinadən bildirir ki, erməni hərbçilərinin nəzarət etdikləri ərazilərdəki dağ massivləri və düzəngahlarda keçirilən təlimlərə canlı qüvvə, zirehli texnika və artilleriya qurğuları cəlb olunub. Hazırda erməni ordusunun təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.