Neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb.

Sabahinfo.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar azalaraq 48,04 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar ucuzlaşaraq 50,19 dollar olub.