Neftin qiyməti sürətlə ucuzlaşır

Dünya bazarlarında qara qızılın qiyməti ucuzlaşmaqda davam edir.

sabahinfo.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,39% azalaraq 46,20 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,81% ucuzlaşaraq 44,52 dollar təşkil edib.