Hacı Zaurdan Novruz Bayramı təbriki

Hər il xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Artıq üç ildir ki, biz bu qədim və tarixi bayramımızı böyük ruh yüksəkliyi, sevinclə keçiririk. Çünki, Qarabağ və Şərqi Zəngəzur azaddır. Prezident İlham Əliyev iki il bundan əvvəl Şuşada Cıdır düzündə xalq müraciətində də deyirdi ki, “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Bundan sonra bu torpaqlarda ancaq bayramlar keçiriləcəkdir.
Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.

Novruz yenilikdir, oyanışdır!Təbiət oyanır, insan da təbiətin bir parçası olaraq yeniliyə, canlanmaya can atır. Novruz həm də bərəkət, birlik, həmrəylik rəmzidir! Bizim hər birimizin arzusudur ki, doğma Azərbaycanımızın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin, qüdrətli olsun! Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!

Yaradan elimizə, obamıza daim sülh əmin-amanlıq nəsib etsin. Başda  Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, birinci vitse-prezident Mehriban xanım Əliyevaya uzun ömür və fəaliyyətlərində uğurlar arzu edirik. Hər birimiz bir vətəndaş kimi yürüdülən bu siyasəti dəstəkləyirik. Bu yolda əlimizdən gələni eləməyə hər zaman hazırıq. 

Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfalar diləyirəm. 

Hacı Zaur Tarverdiyev

Sahibkar