Hacıqabulda 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi açılıb

Hacıqabul rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə şəhər Folklor klubunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya hazırlanıb. Ədəbi-bədii kompozisiyada şəhidlərimizin əbədiyaşarlığı, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmçinin zaman-zaman başımıza gətirilən faciələri özündə əks etdirən rəsmlərdən ibarət sərgi də açılıb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb, klubun foyesində açılan sərgiyə baxış keçirilib.

İştirakçılar ədəbi-bədii kompozisiyaya da baxıblar.