Hacıqabulda Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar xatirə tədbiri

12 dekabr 2022-ci il tarixində Hacıqabul rayonunda müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edərək dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Abidəni ziyarət edən tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada ziyarətçilərə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, həmçinin muzeydə nümayiş olunan müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.