Hakan Fidanla Entoni Blinken arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.

Hakan Fidan Qəzzada ən qısa zamanda qalıcı atəşkəsin yaradılmasının vacibliyinə toxunub. Eyni zamanda, o, humanitar yardımların bölgəyə çatması qarşısındakı maneələrin aradan qaldırılmasının lazım olduğunu vurğulayıb. Fidan, İsrailin Rəfaha hücumunun da qəbuledilməz olduğunu bildirib.APA