"Heç bir dövlətin torpağımızda gözü olmasına imkan vermərik"

Milli Məclisin deputatı Cavanşir Paşazadə SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində gündəmdə olan məsələlərə toxunub. Həmin müsahibəni təqdim edirik:

-Cavanşir müəllim Ümummilli lider Heydər Əliyevin 100 illiyi yubleyi günü Prezidentin məhz tarixi zəfərimizin tacı olan Şuşada xalqa müraciətinin böyük rəmzi mənası vardır.Bu barədə fikirləriniz marağlıdır.

-Bəli Ulu Öndər Heydər Əliyevin yüzilliyinin məhz Şuşada qeyd edilməsi Cənab Prezidentin tapşırığı ilə 2023 -cü ilin "Heydər Əliyev ili" elan edilməsi və Cənab Prezidentin ata vəsiyyətinin yerinə yetirməsi oldu. Bu bir il ərzində Heydər Əliyevin siyasəti ilə bağlı ölkəmizdə və bir sıra ölkələrdə silsilə tədbirlər keçrilir və keçriləcək .Heydər Əliyev və siyasəti bir çox dünya dövlətləri trəfindən də dərin hörmətlə yad edilir. Mən özüm də aprel ayının 27-si Özbəkistanda  Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirdə iştirak etdim. Tədbirdə Heydər Əliyevi tanıyan  insanlar onunla bağlı xatirələrini, onun Prezidentlik dövründə keçdiyi çətin siyasi yoldan, qurduğu müstəqil dövlətdən ,qurduğu güclü ordu və iqtisadiyyatindan danışdılar. Biz də Heydər Əliyev siyasətini davam edirik və əminəm ki, gələcəkdə də davam etdiriləcək. Heydər Əliyev ölkəmizin, müstəqilliyimizin qurucusudur. Bu belə də tarixdə qalacaq.

-Cəbhədə baş verən son erməni təxribatları barəsində nə deyə bilərsiz?

-Erməni təxribatı heç dayanmayıb. Hələ Heydər Əliyevin sağlığından 44 günlük vətən müharibəsinə qədər Azərbaycan tərəfi 30 il işğal alında olan torpaqlarımızı danışıqlar yolu ilə qan tökülmədən geri qaytarmağa çalşdı. Lakin erməni tərəfi hər vəclə belə təxribatlar törədərək vətən müharibəsinin başlanmasına vadar etdilər. Biz Vətən Müharibəsində qalib gəldik. Bizim bu qalibiyyətmizi qəbul edə bilmirlər və bu kimi təxribatlara əl ataraq sabitliyimizi pozmağa çalşırlar. Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb, erməni tərəfi təxribatlarını dayandırmazsa dəmir yumuruq yerindədir. Məqamı gələndə dəmir yumruğu bir daha görəcəklər.

-Cavanşir müəllim sizcə İran Zəngəzur dəhlizinin açılmasına niyə maneə yaradır?

-İranın Zəngəzur dəhlizinin açılmasına maneə törətmasində səbəb Azərbaycanın Türk dövlətləri ilə birləşməsi, bu dəhliz vasitəsi ilə iqtisadiyyatın daha da güclənəcəyidir. Belə olan halda hansısa məsələlərdə onları yan qoyacağımızı düşünürlər lakin bu belə deyil, Cənab Prezidentin siyasəti bölgədə sülh, iqtisadyatın inkişafıdır. Dövr elədir ki, qonşu dövlətlərdə də inkişaf hər sahədə gedərsə ölkəmizin inkişafı üçün daha da yaxşı olar. Bizim heç bir qonşu ölkənin torpağında gözümüz yoxdur və öz torpaqlarımızda da heç bir dövlətin gözü olmasına imkan vermərik.

-Azərbaycan tərəfi Burusel görüşünə farmatı dəyişməmək şərti ilə razılıq verib.Kişinyovun görüşdə iştirakı hələlik bəlli deyil. Lakin bu görüş baş tutarsa gözləntiləriniz nələrdir?

-Gözləntilərimiz biraz öncə Amerika Birləşmiş Ştatlarında bizim xarici işlər nazirlərinin görüşü oldu. Bu görüşdə də 44 günlük vətən müharibəsindən sonra  qəbul etdilən üç tərəfli bəyannamələrin həllini tapmasına yönəlik görüşlərdi. Bu görüş də baş tutarsa mən əminəm ki, Cənab Prezident öz uzaq görən siyasəti ilə müsbət nəticələrə imza atacaqdır.

Elavə olaraq qeyd etmək istərdim ki, Ermənistan tərəfinin qardaş Türkiyədə keçiriləcək Prezident seçkiləri ilə bağlı xoş olmayan bəzi ümidləri var.İnanıram ki,həmişəki kimi ümidləri puç olacaq .İnanıram ki,dostumuz Ərdoğan növbəti dəfə Prezident seçiləcək və bu məsələlər də öz həllini tapacaq.

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri