"Heydər Əliyev ili" haqqında bir neçə söz...

Əslində, hər günümüz, hər ilimiz dahi ulu öndərlə, onun xalqımıza miras buraxdığı yol ilə bağlıdır. Heydər Əliyev hər bir azərbaycanlının həyatında imzası olan fenomenal şəxsiyyətdir. Bugünkü varlığımız, müzəffər duruşumuz, qüdrətli ölkəmizin mövcudluğu bu tarixi və əvəzolunmaz dahinin sayəsində mümkün olub desəm, yanılmaram. 
Heydər Əliyev faktoru müasir Azərbaycan dövlətçiliyinin varolma şərtidir. XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmış Azərbaycanın nəinki dövlət, hətta bir coğrafi məkan kimi yox olmaqdan xilasının qeyd-şərtsiz tək ünvanı Heydər Əliyev şəxsiyyətidir. Ulu öndərin cismən aramızda olmadığı zamanda belə Azərbaycan dövlətinin hər bir uğurunun arxasında onun tarixi missiyası durur.
Tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri məhz Heydər Əliyevin başladığı ordu quruculuğu, mükəmməl diplomatik siyasət, inkişafa köklənən iqtisadi sistem və bu yolun layiqli davamçısı, Heydər Əliyev məktəbinin ən böyük yetirməsi Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün olub. Bu mənada hər bir soydaşımız Böyük Azərbaycanlı Heydər Əliyevi hər anında, hər əməlində ehtiramla, sevgi ilə yad edir.
Ölkə rəhbəri İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi hər kəsin ürəyindən xəbər verdi. Əslində, rəsmi sərəncamla 2023-il elan edilsə də, qüdrətli dövlətimiz, eləcə də vətəndaşlarımız üçün hər gün, hər il Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf edən gələn il xalqımız tərəfindən yüksək səviyyədə qeyd ediləcək.  
Dahi Heydər Əliyev xalqımız üçün son xilaskarlıq şansı və eyni zamanda, Tanrı tərəfindən göndərilən son ümid işığı idi. Ulu öndər ölkənin ən agır, ən məşəqqətli günlərində həyatı üçün yarana biləcək hər cür təhlükəyə baxmayaraq, yıxılan , məhv olmaq təhlükəsi ilə üzləşən dövləti ayağa qaldırdı, çarəsiz vəziyyətə düşən böyük bir xalqı aydınlığa çıxardı. Xlaskarlıq missiyasını üzərinə götürən dahi şəxsiyyət  o ugursuz illərdə daxili və xarici düşmənlərin bütün təzyiqlərinə rəğmən respublikanı bu təhlükəli zaman kəsiyindən çıxara bildi, gələcəkdə regionun super gücü, öz standartlarını diqtə edən qüdrətli bir dövlətin qurulmasına nail oldi.
Azərbaycanda əsl xidmət nümünəsi olan ulu öndər Heydər Əliyev kimi xalqını sonsuz və təmənnasız sevən, bu müqəddəs amal  uğrunda bir ömür yorulmadan çalışan ikinci bir tarixi şəxsiyyət yoxdur, olmayıb və olmayacaq!
Gələn il ölkəmizdə “Heydər Əliyev İli” olacaq. Bu il ərzində nəzərdə tutulan tədbirlərdə, elmi konfranslarda, simpoziumlarda xüsusilə gənclər ulu öndərin şəxsiyyətini öyrənmək, onun yorilmaz fəaliyyəti ilə daha yaxından tanış olmaq imkamı qazanacaqlar. Ən böyük Azərbaycanlı Heydər Əliyevlə birgə yaşamaq xoşbəxtliyini gələcəyə daşıyan bizim nəsil gənclərin böyük şəxsiyyətin irsini öyrənərək, dövlətə və dövlətçiliyə xidmət göstərdiklərinin şahidi olmaqdayıq.
Ümummilli liderin şəxsiyyətinin gücü elə bir  zirvədədir ki, o öz dühası ilə Azərbaycanın xidmətindədir. 2023-cü il “Heydər Əliyev İli” bizə ən böyük Azərbaycanlı qarşısında borcumuzu ödəmək imkanı qazandıracaq. Tək bu fakt son sərəncama görə cənab Prezidentə minnətdarlıq hissi yaradır. Təşəkkürlər, cənab prezident!

Rəşad Mahmudov,
Tibb elmləri doktoru,
Milli Məclisin deputatı