Hicran Hüseynova seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib

6 oktyabr 2022-ci tarixində  Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.
Görüşdə xanımlara hüquqi, psixoloji yardımların göstərilməsi, həmçinin, müxtəlif peşə ilə məşğul olmalarına xidmət edən Sumqayıt Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova mərkəz haqqında, həmçinin, gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib, tərəfdaşlıq əlaqələrindən bəhs edib. Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt Qadın Resurs Mərkəzinin hüquqşünası Vəliyeva Səadət vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin etmək məqsədi ilə iştirak edib.
Daha sonra deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən  ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.