Hulusi Akar: “Bütün dünya bilsin ki, bundan sonra da Azərbaycanın yanındayıq” 

Türkiyə və Azərbaycan qardaş ölkələrdir.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsində deyib.

Nazir çıxışında bildirib ki, bunun təkcə sözdə olmadığını Qarabağdakı 44 günlük müharibə göstərdi.

“Minsk qrupu 30 ildə heç bir iş görmədi. Düşmən yeni hücumlara başladı, Azərbaycan yetər artıq deyib, öz torpaqlarını işğaldan azad etdi və bu mübarizəni zəfərlə taclandırdı. Azərbaycanlı qardaşlarımız güvən və rifah içində həyatlarını davam etdirəcəklər. Biz bir millət, iki dövlət, bir yumruq, bir ürək olmaqda qərarlıyıq. Hər zaman Azərbaycanın yanında olduq, bundan sonra da olacağımızı bütün dünyanın bilməsi lazımdır”.