İltizam Yusifov qəbul keçirdi

Şirvanda bir qrup seçicimlə görüşdüm, müraciətlərini dinlədim və mümkün həlli ilə bağlı icraata götürdüm. Bundan əlavə Şirvan Mərkəzi Xəstəxanasında (Publik hüquqi şəxs) da oldum. Məqsədim İcbarı tibbi sığortanın Şirvanda da tətbiqinə başlanıldıqdan sonra Mərkəzi xəstəxanada görülən işlələrin mövcud statusu ilə tanış olmaq idi. Mərkəzi xəstəxanada yaradılmış müasir Kompyuter Tomoqrafiyası bölməsi, Covid əleyhinə Vaksin otağı, Laboratoriyalarla tanış oldum. Görülən işlərdən, xəstəxanadakı xidmətdən, səliqə-sahmandan məmnun qaldım. Buna görə "Şirvan Mərkəzi Xəstəxanası"PHŞ -nın Direktoru həkim Kamil Əhmədova , Sığorta təşkili şöbəsinin müdiri həkim Zamin Fərziyə, o cümlədən bütün həkim və xidmət personalına öz təşəkkürümü bildirirəm.

Xəstəxananın həyətində təsadüfən bir qrup Qazilərimiz, müharibə veteranlarımızla da görüşdük, söhbət etdik. Bunu görən digər vətəndaşlarımız da söhbətə qoşuldular. Səmimi söhbətimiz oldu və bəzi şəxsi problemləri qeydə alaraq nəzarətə götürdük.

İltizam Yusifov

Milli Məclisin deputatı