İranın terrorçu agent şəbəkəsi ifşa edildi

Bəhreynin Daxili İşlər Nazirliyi İran agentləri şəbəkəsini ifşa etdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bir neçə nəfər terror aktları törətməyə hazırlaşarkən saxlanılıb. Eyni zamanda, şübhəlilərin üzərindən İran istehsalı olan silahlar və partlayıcı maddələr aşkar edilib. Şübhəlilərin sayı, habelə vətəndaşlığı və ya milliyyəti barədə məlumat verilməyib.

Əhalisinin təxminən yetmiş faizinin şiə olduğu və dövləti sünnilərin idarə etdiyi Bəhreyn İran təhlükəsi ilə mübarizə aparmaq işində təcrübəsi var. 2011-ci ildə ərəb baharı bu krallıqdan da yan keçməyib. O zaman etirazların hərəkətverici qüvvəsi şiə çoxluğu idi, lakin bu hərəkətlənmələr Səudiyyə Ərəbistanı və BƏƏ məxfi xidmətlərinin və silahlı qüvvələrinin iştirakı ilə yatırılıb. Bundan sonra ölkədə nadir və əhəmiyyətsiz terror aktları törədən "Saraya Əl-Muxtar” qruplaşması yaranıb.

Amma İraqda Qasım Süleymaninin öldürülməsindən sonra təşkilatın rəhbərliyi yoldaşlarının qisasını almaq niyyətində olduqlarını açıqlayıb. 2020-ci ilin sentyabrında Bəhreynin xüsusi xidmət orqanları əcnəbi diplomatlara qarşı törədilən terror aktlarının qarşısını alıblar. Bir ay sonra krallıq məhkəməsi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə ittiham olunan əlli bir nəfəri mühakimə edib. Düzdür, onların işi daha xırda cinayətlə bağlı olub - guya Tehran tərəfindən maliyyələşdirilən silahlılar bankomatı partlatmağa cəhd ediblər.