Kollecin şagirdi Nərmin Qaralova ilə bağlı İMDAD DİLƏDİ

Vətəninfo.azxəbər verir ki, bir neçə gün öncə Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovanın onlain imtahan zamanı sinif nümayəndəsi olan tələbə qızı təhqir edərək "Mənə şam tutan lazım deyil”-deməsi cidid qınağa səbəb olduğu haqda xəbərdən sonra, Bakı Humanitar Kollecinindən redaksiyamıza direktorla bağlı bir sıra məlumatlar daxil olmağa başladı.

Bunlar içərisində Nərmin Qaralovanın kollec kollektivi tərəfindən Pedoji Şiraya veriləcəyindən tutmuş,onun şagirdləri imtahanda bilrəkdən kəsərək alt qruplara salması,alt quroulara düşürülən yüzlərlə şagirdin zorən kridit yolu ilə imtahalar verdirməsi və.s.

Bu gün isə redaksiyamıza Mingəçevirdən Elvin Məmmədov müraciət edərək Nərmin qaralova ilə bağlı şikayət edib. Redaksiyamıza göndərilən şikayəti olduğu kimi təqdim edirik:

"Nermin Qaralova yəni mənim oxduğum kollecin müdüründən şikayətçiyəm. Nərmin Qaralovanın sosial şəbəkədə öz rəsmi səyfəsindən yazmağıma baxmayaraq cavab vermir.Mən Məmmədov Elvin ailə vəziyətim pis olması, maddi imkansızlığın olmasını vurğulamağıma baxmyaraq,məni kəsirdə saxlayıb.Həm də təqaüdümü kəsib. Və mənə yazışmalarda gördüyünüz kimi kollecə gəlməyimi tələb edir.Virusun yayıldığı bir dönəmdə direktorun səbəb və məqsədi nədir ki,məni kollecə çağırır?

Sizdən xahiş edirəm,tək mən deyiləm bütün tələbələrin adı ilə sizə yazıram.Kimsə artıq haqqını tələb etməlidir.Mən Nərmin Qaralovadan şikayətçiyəm və bu fəryadımızı rəhbərlik etdiyiniz Vətəninfo.az saytı vasitəsi ilə yayımlamanızı xahiş edirəm.

Bu gün üç ildi bu kollecdə oxuyan şagirdlrə qarşı belə münasibət göstərən direktor,düşünün müəllimlərə qarşı nələr etməz.Bu günə kimi belə hadisələrlə rastlaşmamışıq”.

 

Göründüyü kimi Təhsil naziri cənab Əmrullayev yüzlərlə şagirdin.onlarla kollec kollektivinin harayına qulaqlarını tıxayaraq,Nərmin Qaralovanı müdafiə etməkdə davam edir.Görünür Qaralovanın sabiq baş prokror Zakir Qaralovun gəlini olması,cənab Tn-ni ciddi şəkildə qorxudur ki,bu səbəbdən də kollecdə baş verənləri görməzdən gəlir.

Vətəninfo.az Sosial şöbə