Laçın dəhlizi açıqdır - VİDEO

Torpaqlarımızda ekoterrora qarşı dinc etiraz aksiyasının keçirildiyi Laçın yolu artıq səkkizinci gündür ki, açıqdır və gediş-gəliş üçün heç bir maneə yoxdur.

Sabahinfo.az xəbər verir ki, etirazçılar ekoloji problemlərlə bağlı şüarlar səsləndirərək, dinc şəkildə aksiyalarını davam etdirirlər.

Həmin kadrları təqdim edirik:

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.