Laçın-Xankəndi yolu: Aksiyanın 46-cı günü

Azərbaycanlı eko-fəalların, ictimaiyyət nümayəndələrinin Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. 

Sabahinfo.az xəbər verir kİ. aksiyadan 46 gün keçir.

Gecə boyu davam edən aksiyada iştirakçıların fəallıqları müşahidə olunur.

Adəti üzrə səhəri Azərbayxcanın Dövlət Himninin səsləndirilməsi ilə açan aksiya iştirakçıları daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırılıb, şüarlar səsləndirilən aksiyada tələblər dəyişməz qalır.

Qeyd edək ki, aksiya Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilir.