Laçın-Xankəndi yolunda aksiya davam edir

Azərbaycanlı eko-fəalların və ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiya davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyadan 51 gün keçir.

Havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayan aksiya iştirakçılarının tələbləri dəyişməz qalır.

Qeyd edək ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb edilir.