Madər Musayev: “İşğaldan azad olunan ərazilərimizdə yeni dövr başlayır ”-MÜSAHİBƏ

Milli Məclisin deputatı Madər Musayev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Prezident İlham Əliyevin laçın, Zəngilan və Cəbrayıl rayonlarına səfəri, işğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələri barəsində danışıb.

-Madər müəllim ilk öncə müsahibə üçün bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Bildiyiniz kimi 2021-ci il Azərbaycanda digər illərdən fərqlənir. Bu da onunla əlaqədardır ki, işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq işləri həyata keçirilir. Artıq Şuşaya elektrik enerjisinin verilməsindən sonra Laçının elektrik enerjisi ilə təmini yönündə ciddi addımlar atıldı. Ümumilikdə bu proseslər barəsində sizin fikirləriniz maraqlı olardı..

-Cənab Prezident İlham Əliyev Münhendə üzdəniraqların baş nazirinə verdiyi siyasi dərsdən bir il keçir. Münhen debatında Paşinyan özü etiraf elədi ki, Qarabağ Azərbaycan torpağıdır. Özüdə bunu geniş ictimayyətin önündə dedi. Onun bu etirafı əslində cənab Prezidentimizin tarixi faktlarda Paşinyana dərs deməsindən irəli gəlirdi. Tarix yetişdi sentyabr ayında biz öz dədə-baba torpaqlarımıza qayıtmaq üçün düşmənə öz dəmir yumruğumuzu göstərdik. 44 günlük müharibə Başda Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər Azərbaycan Ordusunun qələbəsi başa çatdı. Bu tarixi qələbə barəsində hələ illər sonra da danışılacaq. İndi bizim qarşımızda əsas məsələ işğaldan azad olunan ərazilərin bərpa işlərinin həyata keçirilməsi, oranın cənnətə döndərilməsi durur. Cənab prezident Şuşaya, Laçına, Zəngilana, Cəbrayıla səfərləri zamanı erməni vəhşilikləri barəsində ətraflı məlumat verir. Onların dağıtdıqları məscid, infrastruktur obyektləri, yaşayış evlərini əyani şəkildə dünya ictimayyətinin diqqətinə çatdırır. Diplomatik korpus nümayəndələrinin işğaldan azad olunan ərazilərə səfərləri təşkil olunur. Ötən gün xarici media qurumlarının birində belə bir məqaləyə rast gəldim. Qeyd edilirdi ki. ermənilər həmin ərazilərə elə ziyan vurub ki. bu ziyanın məbləği ölçüyəgəlməzdir. Bu həqiqətən belədir. İndi işçi qurupu yaradılıb. Həmin ərazilərdə qiymətləndirmə aparılır. Yaxın vaxtlar ictimayyətə bu yöndə məlumat veriləcək. O ki qaldı bərpa və quruculuq işlərinə bu yöndə ciddi iş aparılır. Avtomobil yollarının çəkilişi həyata keçirilir. Şuşaya elektrik enerjisinin verilib. Şuşada aparılacaq bərpa işləri xüsusi diqqətlə yerinə yetiriləcək. Bu şəhərin qədimiliyi qorunacaq. Artıq Şuşa Qalasının bərpa işləri də başlayıb. Bilirsinizmi bu gün Azərbaycan dövləti o qədər qüdrətlidir ki, inanın qısa zamanda biz həmin rəazilərimizi cənnətə çevirəcəyik. Cənab Prezident sözdə deyil, əməldə öz dediyini həyata keçirən sərkərdədir. Yuxarıda Münhen debatını əbəs yerə xatırmatladım. İndi də Şuşamızı da, Ağdamımızı da, Laçın və digər ərazilərimizi də cənnətə çevirəcəyik. Özü də qısa zamanda.

-Ümumilikdə işğaldan azad olunan ərazilər yeni imkan yaradacaq. Həm kənd təsərrüfatı, həm turizm həm beynəlxalq nəqliyyat sistemində yaranacaq bu imkanları necə dəyərləndirərdiniz?

-İşğaldan azad olunan ərazilərimiz həm münbit torpağı, həm təbii ehtiyatları həm də nəqliyyat sistemində yeni imkanlar yaradacaq. Artıq bu yöndə ciddi iş aparılır. İnkişaf konsepsiyası hazırlanır. Cənab Prezident də Zəngilana səfəri zamanı bildirdi ki, bu rayonda birinci Ağalı kənd layihəsi həyata keçiriləcək. Düşünürəm ki, bu ərazilərdə həyata keçiriləcək bütün layihələr ümumilikdə ölkə iqtisadiyyatına səmərə verəcək. Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq. Erməni dığaları 30 ildir ki, bu torpaqların böyük bir qismini əkib-becərməyiblər. Onlar ancaq talançılıqla məşğul olublar. Təbii ehtiyatlarmızı daşıyıb aparıblar. Diqqətinizə çatdırım ki, Zəngilan, Cəbrayıl eləcədə digər rayonların torpaqları o qədər münbitdir ki. ora nə əksən bol məhsul əldə edə bilərsən. Eyni zamanda bildiyiniz kimi Azərbaycanın Naxçıvanla quru sərhəddi açılır. Dəmir yolu xəttinin təməli qoyuldu.Bu bizim həm Naxçıvanla həm də beynəlxalq dəmir yolunda yeni imkanlardan səmərəli istifadə etməyimizə səbəb olacaq.

-Vandal siyasəti həyata keçirən düşmən işğaldan zad olunmuş ərazilərimizi dağıdıb, infrastruktur obyektlərini məhv edib. Bu azmış kimi məscidlərimizi də murdarlayıblar...

-Bu kimi faktlar var. Cənab Prezident də Şuşaya səfəri zamanı bu yöndə ətraflı məlumat verdi. Məsələ orasındadır ki. ermənilərin məscidləri dağıtması, oranı murdarlaması ilə bağlı faktlar olmasına baxmayaraq hələ də bəzi İslam dövlətləri ermənilərə dəstək verir. Ermənilərin havadarları qismində çıxış edir. Məscid Allahın evidir. Bunu o dövlətlər yaxşı bilirlər. Bu nüansı nəzərə alıb dini obyektlərin, məscidlərin dağıdılması məsələsinə münasibət bildirməlidirlər. Biz onsuzda dini yerlərə, məscidlərə hər zaman həssas yanaşmışıq. Bu gün Azərbaycanın istənilən regionunda olan məscidlər yüksək səviyyədə təmir olunub və orada ibadətlər olunur. İnşallah Şuşa, Ağdam və digər yerlərdə dağıdılan məscid və dini obyektlərimiz də təmir olunacaq. Yaxşı olar ki, belə bir həssas məqamda İslam dövlətləri bu məsələyə münasibət bildirsinlər. Çünki, müharibə səngərdə bitibsə də diplomatik arenada bu müharibə davam edir. Biz haqlı mövqeyimizi dünyaya çatdırırıq. Türkiyə, Pakistan bizə dəstək verir. Bu dəstəyimiz nə qədər çox olsa dünya birliyi ermənilərin qansız, terrorist siyasətini lənətləyəcək.

-Yeri gəlmişkən Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşaya səfəri zamanı məscidə Qurani Kərim kitabını bağışladı...

-Bəli. Bu çox gözəl örnək bir addımdır. Cənab Prezident və Mehriban xanım Əliyeva Şuşaya səfəri zamanı məsciddə dualar etdilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tolerant ölkədir və İslam dəyərlərinə böyük önəm verir. İnşallah nəinki dini obyektlərimiz eyni zamanda işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən layihələr nəticəsində Şuşamız, Laçınımız, Ağdam, Zəngilan, Cəbrayıl eləcədə 30 il düşmən əsarətində olan digər ərazilərimizdə yeni dövr başlayacaq. Biz hamımız qısa zamanda bunun şahidi olacayıq.

-Bütün bunların fonunda dövlət başçısının həyata keçirdiyi işlərə kölgə salmaq istəyən qüvvələr də var...

-30 illik tarixi ədalətsizliyi bərpa edən bir liderin işinə kim kölgə sala bilər?

-Sosial mediada və digər internet resurslarında belələri var...

-Bunların heç bir siyasi çəkisi yoxdur. Onların dedikləri fikirləri heç kim dinləmir. Şəxsən mən onların heç bir çıxışına baxmıram, nə dedikləri də maraqlı deyil...

Ədil Ədilzadə