Manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 23 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Sabahinfo.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.6891 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0939 manat, 1 Rusiya rublu 0.0283 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6096 manatdır.