Məşhur Məmmədov qəbul keçirdi

Həsənli kənd ərazi nümayəndəliyinin inzibati binasında seçicilərlə növbəti səyyar görüş-qəbul baş tutdu. Kənd sakinləri bildirdilər ki, uşaq baxçaları var, amma binası yararsız haldadır. Bərbad kəndarası yollar, kənddə Kapital Bankın bankomat aparatının quraşdırılması və qızların təhsili üçün maddi yardım kənd sakinlərinin əsas xahişlərindən idi. Digər xırda məişət problemləri üçün gələnlər də var idi. Bacardığımız qədər problemləri yoluna qoymağa çalışdıq, səlahiyyətimizdən kənar qalan problemlər üçün müvafiq göstərişlər verdik. Görüşlərimiz davam edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı