Messi Çempionlar Liqasında rekordu yeniləyib

"Pari Sen-Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasının rekordunu yeniləyib.

Sabahinfo.az xəbər verir ki, o, Lissabonun "Benfika" komandasına qarşı oyunda (1:1) vurduğu qol ilə bu rekorda imza atıb.

Bundan əvvəlki nailiyyət - 39 klub da argentinalıya məxsus idi. Bu göstəriciyə görə ikinci yerdə “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldodur. O, turnirdə 38 fərqli komandaya qol vurub.

L.Messi həmçinin, Çempionlar Liqasının 18 mövsümündə rəqib qapısına top göndərən yeganə oyunçu olmaqla növbəti rekorda imza atıb.