Milli Dövlətçilik Pariyasından BAYRAM TƏBRİKİ

Milli Dövlətçilik Pariyası, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevi, birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını müqəddəs Qubran Bayramı münasibəti ilə təbrik edib.

Partiyanın təbrik məktubunda qeyd olunub ki,  dini dəyərlərimiz milli mədəniyyətimizin və xalqımızın tarixi ənənələrinin mühüm tərkib hissəsidir. Bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm həm həyat tərzi, həm də dövlət siyasətidir. Dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vicdan, etiqad azadlığına malikdir və dini ritualları qanunlara müvafiq olaraq sərbəst yerinə yetirə bilər. Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, sabitlik, təhlükəsizlik və mehribanlıq şəraitində bir ailə kimi yaşayırlar. Digər səmavi dinlər kimi İslama aid müqəddəs günlərin və bayramların yüksək səviyyədə qeyd edilməsi, cəmiyyətin həyat tərzinə çevrilmiş dini və tarixi-mədəni ənənələrin yaşadılması isə xalqımızın üstünlüklərindən biridir. Bu il də xalqımız müqəddəs Qurban bayramını sabitlik şəraitində və Qələbə ovqatında könül xoşluğu ilə qeyd edir. Artıq ikinci ildir ki, qalib dövlətin vətəndaşları, müzəffər xalqın nümayəndələri kimi “gün o gün olsun, bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək” arzusunun gerçək olmasının sevincini yaşayırıq. İnanırıq ki, dövlətimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daim ən yüksək zirvələri fəth edəcək, xalqımız bütün bayramları fərəh hissi ilə qeyd edəcək!

Azərbaycan xalqını - dünya azərbaycanlılarını xeyirxahlığın və humanizmin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, soydaşlarımızın ruzi-bərəkətinin, cəmiyyətimizin rifahının, dövlətimizin isə qüdrətinin daha da artmasını arzulayıram. Bayramınız mübarək!