Milli Məclisin növbədənkənar iclasının tarixi məlum olub

Milli Məclisin növbədənkənar iclasının tarixi məlum olub.

Sabahinfo.az xəbər verir ki, iclasın iyunun 17-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırmış hesab edilir.(trend)