Naxçıvan şəhərində tənha ahıllar ziyarət olunub

Sosial könüllülər Naxçıvan şəhərində tənha ahılları ziyarət ediblər. SABAHINFO.AZ xəbər verir ki, sosial könüllülər şəhər ərazisində sosial xidmət göstərilən tənha ahıllara baş çəkib, onlara məişət işlərində köməklik göstəriblər. Eyni zamanda, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq, zəruri mövsümi avadanlıqlarının quraşdırılmasını təmin ediblər.