Nura Suri dj-lərdən narazıdır: "Qəsdimizə durublar"

"Şəhərimizin bütün meyhane tipli restoranlarında dj-lərin çoxu ancaq Tarkanın köhnə mahnıların səsləndirirlər. Elə bil hamısı hardansa bir disk tapıb yazıblar flaş karta, eyni ardıcıllıqla köhnə türk mahnılarının PR-ı ilə məşğuldurlar".

Sabahinfo.az xəbər verir ki, bunları müğənni Nura Suri "Facebook"da yazıb.

Müğənni qeyd edib ki, dj-lər Ajdanın gül kimi təzə mahnılarından xəbərsizdirlər elə bil:."Ancaq 50 il əvvəl oxuduğu mahnıları səsləndirirlər.

Hande Yenerin "Kırmızı" mahnısı beynimizi deşir e, artıq. Bir vaxtlar müğənnilər bütün şou proqramlarda oxuyurdu, hər gün eyni mahnıları eşitməkdən baş beynimiz getmişdi. İndi də dj-lər qəsdimizə durublar.

Gedirsən mahnı sifariş etməyə, deyir yoxdu e, məndə o mahnı. Heç bilmir e dünyada təzə nə mahnılar var. Biz niyə hər sahədə öz işimizə belə məsuliyyətsiz yanaşırıq axı..."