Parlament diplomatiyasının qələbəsi

Qlobal siyasətdə Azərbaycan modeli öz sözünü deməkdədir. Uzun illərdir erməni fitnəsi ilə uyuyan beynəlxalq aləm, beyhəlxalq hüquq artıq sülhün, təhlükəsizliyin və ədalətin etibarlı tərəfdaşı kimi Azərbaycanı qəbul edir, onun irəli sürdüyü təklifləri dəyərləndirir.

Tarixə nəzər salsaq görərik ki. yaxın 30 ildə Azərbaycan sürətli inkişaf yolu keçərək bütün sahələrdə uğur əldə edib. Bu siyasətin əsas ana xəttini Azərbaycan haqq səsinin beynəlxalq arenaya çatdırılması, erməni vandallarının həyata keçirdiyi terror və işğalçılıq siyasəti barəsində beynəlxalq ictimayyətin məlumatlandırılması idi. Bu yöndə başda Cənab Prezident İlham Əliyev olmaqla, birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla xanım Əliyevanın fəaliyyətləri nəticəsində mühüm addımlar atıldı.

Həyata keçirilən siyasəti daha da dərinləşdirmək, bu yöndə fəaliyyət siferasını genişləndirmək üçün zamanın çağırışlarına uyğun olaraq parlament diplomatiyasının qurulması, bu diplomatiya ilə həyata keçirilən beynəlxalq siyasət Azərbaycan  siyasətində mühüm rol tuturdu. Biz bunu Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransında daha aydın şəkildə gördük. Konfransda Prezident İlham Əliyevin çıxışı hər zamankı kimi yüksək marağa səbəb olub. Dövlət başçısı sülhün əldə olunmasında vacib elementlərə toxunmaqla Qarabağ probleminin həlli fonunda regionda yaranan yeni imkanları diqqətə çatdırdı. Bəli artıq yaxın müddət üçün cızılan siyasi ssenarilərdə Qarabağ amilindən səmərəli istifadə, Zəngəzur Dəhlizinin perspektivləri əsas götürülür.

Konfrans iştirakçıları da regionda sülhün əldə olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləməsi, bu yöndə həmrəylik nümayiş etdirməsi isə onu deməyə əsas verir ki, parlament diplomatiyasında Azərbaycan öz məqsədinə çatır. Bu diplomatiyanın daha da genişlənməsi isə yaxın gələcəkdə Qoşulmama Hərəkatı daha mötəbər quruma çevriləcək və burada qəbul olunan qərarlarlar nəinki regionun eyni zamanda dünyanın qlobal problemlərdən qorunmasına zəmin yaradacaq.

Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Füzuli rayonuna və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə də səfər etmələri, erməni vandallarının tərtdiyi cinayətlərin canlı şahidi olmaları, onların işğal dövrü və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işləri barədə məlumat verilməsi müsbət tendensiyadır. Və bu tendensiya ümumi işə mühüm töhfə verəcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı