Putin və Paşinyan üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Sabahinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyi müzakirə ediblər.

Rusiya və Ermənistan liderləri regionda nəqliyyat kommunikasiyalarının bərpasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə də toxunublar.