“Qarabağ” “Qalatasaray”la bu tarixdə qarşılaşacaq - YENİLƏNİB

Martın 26-da "Qarabağ" Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə "Qalasarasay"la xeyriyyə matçı keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, "Qarabağ" - "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə sərf olunacaq.

Qeyd edək ki, matç mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək. /Qol.az

***

“Qarabağ” Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Sabahinfo.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.

O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. "Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik”. 

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar “Qalatasaray”ın Almaniya və “Ferensvaroş” da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin “Qalatasaray” “Qarabağ”la oyun keçirməyə üstünlük verib. 

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.