"Qarabağ və Şərqi Zəngəzur turizm üçün cəlbedici məkana çevrilib" -Sahibə Qafarova

“Ağır sosial-iqtisadi yükünə baxmayaraq Azərbaycan bir milyona yaxın qaçqın və məcburi köçkünün ehtiyaclarını yerinə yetirmək üçün bütün lazımi tədbirləri həyata keçirilib”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasında deyib.

Spiker qeyd edib ki, 44 günlük müharibədəki qələbə nəticəsində qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququ təmin olunub: “Azərbaycan bu gün dinamik daxili miqrasiya prosesinin astanasındadır".

S.Qafarova bildirib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiyalar üçün cəlbedici məkana çevirib.