Ramiz Mehdiyevi məhkəməyə verən direktor işinə qayıtdı - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:

“Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalsın”.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ümumi işlər üzrə direktor müavini Mürsəl Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, İnstitutun yeni direktoru Qərib Məmmədov hazırda işdədir. İnstituta Əlövsət Quliyevin bərpa olunması ilə bağlı rəsmi məlumat göndərilməyib.

Qeyd edək ki, Əlövsət Quliyev bülletendə olduğu müddətdə onun AMEA-nın prezidenti Ramiz Mehdiyev tərəfindən işdən çıxarıldığına görə işdən çıxarılmışdı. Martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin bunula bağlı şikayətinə baxılmışdı. Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi.