Ronaldo millinin düşərgəsini tərk edir?

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdəki dünya çempionatında iştirak edən komandasının düşərgəsini tərk etmək istəyib.

Sabahinfo.az “Record” nəşrinə istinadən məlumatına görə, 37 yaşlı hücumçu 1/8 final mərhələsində İsveçrə ilə keçirilən oyunun start heyətində yer almayacağını öyrənəndə bu addımı atmaq qərarına gəlib.

Baş məşqçi Fernandu Santuşun qərarına qəzəblənən kapitan əşyalarını yığaraq məskunlaşdıqları məkandan ayrılmağa hazırlaşıb. Lakin yığmada yenidən aparıcı oyunçu olacağına inanan ulduz futbolçu sonradan fikrini dəyişib.

Portuqaliya yığmasının İsveçrə üzərində 6:1 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyatdan başlayan Ronaldu 74-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Mərakeşlə qarşılaşacaq.