Şakira övladlarını Pikedən pulla almaq istəyir

Jerar Pike və Şakira övladlarının kiminlə yaşayacağı ilə bağlı razılığa gələ bilmirlər.

Müğənni “Barselona”nın müdafiəçisi ilə ayrıldıqdan sonra iki övladının onunla Mayamidə yaşamasını istəyir.

Məlumata görə, Şakira futbolçuya uşaqların qəyyumluğunu öz üzərinə götürməyi və onların ABŞ-a köçməsini təşkil etməyi təklif edib.

İfaçı Pikeyə təxminən 2,5 milyon avro təklif edib və alimentdən imtina edəcəyinə söz verib.

Lakin idmançı Şakiranın təklifilə razılaşmayıb.