Samuxda "Airsoft hərbi - taktiki simulyasiya oyunları” təlimləri

Samuxda "Airsoft hərbi - taktiki simulyasiya oyunları” təlimləri keçirilib  Təlim gənclərə DİN-in İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov tərəfindən idarə olunub.  Təlimdə Rəsul müəllim tərəfindən gənclərə “Airsoft” silahlarından istifadə qaydaları, hədəfə düzgün atma, nişan alma və digər mövzularda təlimlər keçirilib.  Təlim “Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin birgə  təşkilatçılığı ilə keçirilib.