Səbinə Xasayeva qəbul keçirdi

2022-ci il dekabrın 7-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonundakı 28 May qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyin binasında sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbula gələnlər qəsəbədə mədəniyyət evinin, mərasim zalının(xeyir-şər evinin) tikintisinin, tibb məntəqəsinin fəaliyyətinin bərpa edilməsinin, fərdi evlərin sənədləşdirilməsinin, mərkəzi kanalizasiya sisteminin qurulmasının, “Azərsu“ ASC-nin işçiləri tərəfindən su borularının təmiri zamanı müxtəlif küçələrdə 60-a yaxın yerdə ( Rufiz Budaqov, Mərkəz, Hürrüyyət, Qurtuluş, Sülh,Şorlar, Dostluq və s.) qazılıb yararsız hala salınmış asfalt örtüyünün yenilənməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasının, yeni internet xəttinin çəkilməsinin sürətləndirilməsinin, qəsəbəyə birbaşa hərəkət edən marşrut xətinin açışmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər. Eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

 Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb. Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak ediblər.

Sabahinfo.az