Seçki prosesinə kölgə salmaq yolverilməzdir

“Milli Məclisdə təmsil olunan həmkarımızın seçkilərlə bağlı səsləndirdiyi fikirlər təəssüf doğurur”. Bunu Milli məclisin deputatı Cəbi Quliyev deyib.

Onun sözlərinə görə, bloger, jurnalistin sualına belə bir yanaşma qəbuledilməzdir: “Deputat həmkarımızın fikirləri ilə sosial şəbəkə üzərindən tanış oldum. Onu qeyd edə bilərəm ki, təmsil etdiyi siyasi partiyadan asılı olmayaraq ölkəmizdə demokratikləşmə və seçkilərin nəticələrini şübhə altına almaq olmaz. Şəxsən mən təmsil etdiyim dariə üzrə deyə bilərəm ki, hər bei seçici ilə təbliğat vaxtı görüşlər keçirib, seçkidə də səsçoxluğu ilə qalib gəlmişəm. Fəaliyyətimiz deputat seçilməklə bitməyib. Bu gün seçicilərimizin yanındayıq. Ütəmadi olaraq görüşlərimizi keçirir, onların problemləri ilə maraqlanırıq”.

C.Quliyev onu da bildirib ki, Azərbaycanda seçki prosesinin demokratikləşməsi istiqamətində mütəmadi addımlar atılır və həyata keçirilən işlər nəticəsinin bir amalı var. Vətəndaşların səsvermə hüququnun yüksək səviyyədə təmini: “Düşünürəm ki. hazırda Azərbaycanda seçicilərin səsvermə hüququ qorunur. Heç kimə zor yolu ilə kiməsə səsverməyə vadar edə bilməzsən”.