"Şəhid övladlarına təbəssüm olaq"  layihəsinin ikinci mövsümü baş tutub  

 

Modern Azərbaycan Yeniliklər və Təcrübə İctimai birliyinin təşəbbüsü ilə 19 noyabr 2022- ci ildə həyata keçirilən tədbirdə şəhid övladları, xanımları və digər ailə üzvləri üçün əyləncə tədbiri təşkil olundu. Layihənin məqsədi ölkə ərazisində, xüsusən də paytaxtda kimsəsiz uşaqlar, zorakılığa məruz qalan azyaşlılar, ailəsi tərəfindən tərk edilən yaşlılar və şəhid övladlarına dövlətimizin və vətəndaşlarımızın qayğısını hiss etdirməkdir.

Belə ki, Azərbaycan Respublikasının ölkənin sözügedən həssas vətəndaşlarına qayğı və navəzişi hər nə qədər kifayət qədər olsa da, bu cür təşəbbüs göstərmək istəyən şəxslərin sayı da az deyil. Birlik olaraq bunu həm borc bilən, eyni zamanda sosial sorumluluq layihələrinin artması məqsədilə bu cür işlərin intensivliyinə və inkişafına dəstək olmaq naminə birinci mövsüm "Kimsəsiz uşaqlara təbəssüm olaq", ikinci mövsüm isə "Şəhid övladlarına təbəssüm olaq" layihəsi çərçivəsində əyləncə tədbiri həyata keçirilmişdir.

Tədbirdə 47 Şəhid övladı, onların ailə üzvləri və 40 layihə könüllüsü iştirak etmişdir. Qeyd edək ki, bu layihənin ərsəyə gəlməsi layihə könüllülərinin vasitəsilə olmuşdur.

Tədbirdə öncəliklə aparıcı Seymur Kərimli Azərbaycan himni ilə açılış etmişdir. Himndən sonra söz təşkilatçı və layihə rəhbəri Kərimli Camala verildi.

Tədbirdə iştirak edən 47 şəhid övladı və ailələri üçün müxtəlif atraksionlar və digər bütün xidmətlər təmənnasız olmuşdur.

Tədbirdə əyləncə şou olaraq "Kloun", "Hörümçək adam", "Maşa və Ayı", köpük şou, sehrbaz, saz ifaçısı, tanınmış reper Ramil Nabran və digər bir neçə şəxsin çıxışı ilə enerji dolu saatlar yaşandı.

Tədbirin işıqlandırılması ilə bağlı bir sıra televiziya nümayəndələri də gələrək çəkiliş etmiş və materialları efirə vermişdir.